"Vest Hem"in baş məşqçisi qovuldu - RƏSMİ

"Vest Hem"in baş məşqçisi qovuldu - RƏSMİ

İngiltərənin elita klublarından olan “Vest Hem” baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı "çəkicdöyənlər"in mətbuat xidməti yayıb.

58 yaşlı mütəxəssis qeyri-qənaətbəxş nəticələr səbəbindən yola salınıb. İspanyalı çalışdırıcı ilə yanaşı, onun dörd köməkçisi də London klubundan ayrılıb.

Qeyd edək ki, 20 oyuna 23 xala toplayan “Vest Hem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü sırada qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər