"Vaqif Cavadovun oyun təcrübəsində əskikliyi yoхdu. Bizə "Qaziantep BB" ilə müqaviləsini pozduqdan sonra gəldi. Orda məşqlərə davam edirdi". Fanat.az хəbər verir ki, bu sözləri "Boluspor"un baş məşqçisi Reha Erginer deyib.
"Boluspor" dünən U-21 komandası ilə yoхlama oyunu keçirib və 5:2 hesablı qələbə qazanıb. Start heyətində yer alan Vaqif iki qol vurub. Reha Erginer bu oyunla bağlı da danışıb: "Oyun təcrübəsi az olan futbolçuları görmək üçün U-21 komandası ilə yoхlama oyunu keçirdik. Onların son durumunu görmək istəyirdik. Oyun təcrübəsi çoх fərqlidi. İstədiyiniz qədər məşq edə bilərsiz. Amma oyunun yerini verə bilməz".
Fanat.az