"Vaqif Cavadova baxmalıyıq" - "Orenburq"un prezidenti

"Vaqif Cavadova baxmalıyıq" - "Orenburq"un prezidenti

Rusiyanın “Orenburq” klubunun prezidenti Vasiliy Stolıpin Vaqif Cavadovun baxışa gəlməsini istəyir. Fanat.Az xəbər verir ki, Stolıpin özü Rusiya mətbuatına bu haqda danışıb:

“Cavadova baxmamış heç nə deyə bilmərik. İndi baxışa gələn futbolçuların sayı çoxdu, seleksiya xidməti öz işini görür” deyən klub başqanı “Sumqayıt”dan ayrılan hücumameyilli yarımmüdafiəçiylə birbaşa müqavilə bağlamaq fikrində olmadıqlarını ortaya qoyub.

Cavadovun isə baxışa yollanmaq fikri yoxdu. Rusiyada kifayət qədər tanınan və Azərbaycan yığmasının formasında şimal qonşularımıza iki müxtəlif matçda iki vacib qol vuran Vaqif  baxış variantını qəbul etmir. O, hazırda Bakıdadı və məşqlərini fərdi qaydada sürdürür.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər