"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "qırmızı-şeytanlar"ın keçmiş çalışdırıcısı Lui van Qalın onu İngiltərə klubu ilə müqavilə imzalamaqdan çəkindirdiyini etiraf edib.
Fanat.Az "Daily Mail"-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bu barədə keçirdiyi mətbuat konfransında danışıb.
“Mən “Mançester Yunayted”i çalışdırmağa başlayanda bunun asan iş olmayacağını bilirdim. Lui van Qal da daxil olmaqla, bir çox insan məni bu işdən çəkindirdi”.
Xatırladaq ki, van Qal 2014-2016-cı illərdə “Mançester Yunayted”ə rəhbərlik edib və İngiltərə Kubokunda qələbəsi ilə yadda qalıb.
Ten Haq isə "Mançester Yunayted"in çalışdırıcısı kimi iki kubok - Liqa Kuboku və İngiltərə Kubokunu qazanmağı bacardı.
Erik bu yaxınlarda klubla yeni müqavilə imzalayıb.
Mirağa