"Valletta"nın baş məşqçisi darmadağından danışdı

"Valletta"nın baş məşqçisi darmadağından danışdı
"Qarabağ"ı təbrik edirəm. Bu gün onlar daha yaxşı çıxış etdi və qələbəyə layiq idilər". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan (0:4) sonra "Valletta"nın baş məşqçisi Jilbert Acius deyib.
İki qırmızı vərəqə alan komandanın baş məşqçisi hakimliklə bağlı danışmaq istəməyib: "Hakimlər haqda danışmaq ağırdı. Mənim şəxsi düşüncəm var, ancaq bu heç nəyi dəyişmir. Qırmızı vərəqəni də özünüz gördünüz".
Maltalı çalışdırıcı "Qarabağ"a uğurlar arzulayıb: "Futbolda müəyyən epizodlarla oyunun teleyini həll edir. Uzun müddət azlıqda qaldıq. Daha sonra ikinci qırmızı vərəqəni aldıq. Ehtiyat oyunçular skamyasında futbolçu qıtlığı da öz sözünü dedi. Azərbaycan futbolunda çox şey dəyişib. Bu da əcnəbilərin sayəsində baş verib"Qarabağ" növbəti mərhələdə "Valletta"dan daha güclü komanda ilə qarşılaşacaq. Həmin oyunda "Qarabağ"a uğurlar arzu edirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər