“Birinci oyundakı nəticə bizim üçün müsbət sayıla bilməz. Evdə uduzmaq istənilən halda, yaxşı deyil”. Fanat.az xəbər verir ki, bu sözləri Maltanın “Valletta” klubunun kapitanı Rayan Feneç deyib.
Feneç Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la Bakıdakı cavab oyunu öncəsi keçirilən mətbuat konfransında işlərinin çətin olduğunu söyləyib: “Bizdə yaxşı legionerlər, təcrübəli futbolçular var. Amma şansımız tükənməyib. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq”.
Fanat.az