"Uğurlu mövsüm keçirdiyimizi deyə bilmərəm" - Konor Qallaqher

"Uğurlu mövsüm keçirdiyimizi deyə bilmərəm" - Konor Qallaqher

"Atletiko Madrid"in yarımmüdafiəçisi Konor Qallaqher yaxşı mövsüm keçirmədiklərini bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:

"Hər mövsüm heç olmasa, bir titul qazanmaq istəyirik. Hədəfimiz budur. İndiki duruma baxanda belə bir təəssürat yaranır ki, cari "futbol ili"ndə nəsə qazanmaq həddindən artıq çətin olacaq. Reallıq belədir ki, uğurlu mövsüm keçirdiyimizi deyə bilmərəm. Hərçənd müsbət məqamlar da az deyil".

Xatırladaq ki, hazırda La Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutan "Atletiko" sona 6 tur qalmış lider "Barselona"dan 10 xal geridədir. 

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər