"Uşaq səhvlərindən qollar buraxdıq" - Şahin Diniyev

"Uşaq səhvlərindən qollar buraxdıq" - Şahin Diniyev

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Fanat.Az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

 - Matç ağır keçdi. İlk hissədə çoxlu qol vəziyyətlərini boşa verdik. Bizim günümüz deyildi. “Neftçi” 3 xala layiq idi. Mənə elə gəlir ki, futbolçularım “Neftçi”ni qiymətləndirə bilmədilər. Uşaq səhvlərindən qollar buraxdıq.

 - Qapıçı Tadas Simaitis bu gün kobud səhvlər etdi...

- Düzdü, səhvləri oldu. Amma bir oyuna görə futbolçunu hesabdan silmək olmaz.

- Komandanın daxilində hər hansı problem varmı? 

- Yox. Sadəcə, motivasiya cəhətdən problemlərimiz var. Daha çox işləmək lazımdı. Bu məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm.

- “Neftçi”ni qiymətləndirməməkdə “Qarabağ”la heç-heçənin təsiri varmı? 

- Var. Məşqçi üçün ən çətini uğurdan sonra komandanı bir araya gətirməkdi. Bursda mənim də günahım var. Nə qədər çalışsam da, uşaqları o heç-heçənin fikrindən çıxara bilmədim. Fərdi söhbətlər aparsam da, xeyri olmadı.  

- Bu nəticədən sonra komandanı necə toparlayacaqsız? 

- Məğlubiyyətdən sonra komanda özü-özünə toparlanır. Bundan sonra futbolçulara nəsə deməyimə ehtiyac yoxdu. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər