"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

İspaniya La Liqasının 35-ci turu çərçivəsində "Barselona"ya 3:4 hesabı ilə uduzan "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti əzəli rəqibdən aldıqları ardıcıl 4-cü məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir. Bunu yaddan çıxarmayaq. İki dəfə hesabı 4:4 edə bilərdik. Əlbəttə, nəticə yaxşı deyil, amma komanda son dəqiqəyə qədər çalışdı. Bu, mövsümün sonuncu "el klasiko"su idi. Qarşıda üç oyunumuz var və bu oyunların hamısında qalib gəlməyə çalışmalıyıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər