"Uduza da bilərdik" - Elməddin Albaniyadakı debütünü dəyərləndirdi

"Uduza da bilərdik" - Elməddin Albaniyadakı debütünü dəyərləndirdi

Avqustun 30-da Albaniyanın 1-ci Liqa təmsilçisi "Lüftetari"nin heyətində ilk rəsmi matçına azərbaycanlı qapıçı Elməddin Məmmədov debütünü dəyərləndirib.

Çempionatın 2-ci turunda səfərdə "Apolonia"ya qarşı 90 dəqiqə mübarizə aparan qolkiper fikirlərini Fanat.Az-a bölüşüb.

"İlk oyunum idi. Birinci matç həmişə bir qədər çətin olur. Amma əvvəllər də bir neçə dəfə legioner həyatı yaşadığım üçün yeni mühitə tez uyğunlaşıram. Oyun günü şiddətli yağış yağdı. Matçın gedişində qazonun vəziyyəti bərbad hala düşdü. Rəqib ilk dəqiqələrdən yüksək təzyiq edirdi. Hesabı ikinci hissənin əvvəlində açsaq da, meydan sahiblərinin basqısına tab gətirə bilmədik. Rəqib adi vəziyyətdə penalti qazandı və hesabı bərabərləşdirdi. Qoldan sonra oyunçularımızın biri qırmızı vərəqə aldı. Uduza da bilərdik. Şükür ki, 1 xal qazandıq". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər