Hollandiya futbolunun əfsanəsi Yohan Kroyf vaxtilə baş məşqçisi olduğu "Barselona"nın ulduz futbolçusu Lionel Messinin klubdan mümkün gedişatından danışıb. Fanat.az xəbər verir ki, "uçan holland" argentinalı forvarda görə bəzi klubların 200 milyon avrodan keçməyə hazır olduqlarını bildirib.
Kroyf futbolçunun pula görə klubdan ayrılmayacağına əmin olduğunu söyləyib: "Əminəm ki, Messiyə görə bir neçə klub 200 milyon avro ödəməyə hazırdı. Ancaq o, komandadan pula görə ayrılmayacaq. Çünki buna ehtiyacı yoxdu. Leo "Barsa"nı tərk etsə də, bu, idman səbəblərindən olmayacaq. Onu hər 3 ildən bir Maliyyə Nazirliyi yoxlayır. Leo isə oynamaq və futboldan zövq almaq istəyir. Düşünürəm ki, o, məhz "Barselona"da xoşbəxtdi. Elə şeylər var ki, narahat etməsə də, bezdirir. Ola bilər ki, Messinin klubda bizim bilmədiyimiz daxili problemləri var".
Fanat.az