"Tvente"yə 90+2 şoku

"Tvente"yə 90+2 şoku
Hollandiya çempionatında III turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Tvente" səfərdə meydana çıxıb.
Enshende təmsilçisi səfərdə meydana çıxıb və "Breda"nın qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 17-ci dəqiqədə "Tvente"dən Luk Kastaiqnos açıb. 55-ci dəqiqədə qırmızı vərəqə alan Andreas Byelland qırmızı vərəqə alaraq "Qarabağ"ın rəqibini azlıqda qoyub. 90+2-ci dəqiqədə isə Adnane Tiqadouyni bərabərliyi təmin edib.
Qeyd edək ki, "Tvente" Erediviziyada keçirdiyi hər üç oyunda heç-heçə edib və 3 xalla 13-cü pillədə qərarlaşıb. "Qarabağ"la da sülh bağlayan Enshende təmsilçisi ardıcıl 4 oynad heç-heçəyə razılaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər