"Tvente"nin kapitanı ümid edir

"Tvente"nin kapitanı ümid edir

"Biz Bakıda istədiyimiz nəticəni qazana bilmədik. Səfər oyununda 0:0 yaxşı nəticə deyil. Çünki evdə qol buraxa bilərik". Fanat.az xəbər verir ki, bu sözləri "Tvente"nin kapitanı Andreas Byelland deyib.

"Qarabağ" sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Tvente"nin qonağı olacaq. Rəqibin kapitanı bu gün keçirilən mətbuat konfransında iştirak edərək oyunla bağlı fikirlərini bildirib: "Komanda olaraq hamımız Avropa Liqasında çıxışımızı davam etdirmək istəyirik. Ümid edirik ki, qrup mərhələsinə vəsiqə qazanacağıq. Azarkeşlərimizi bizi dəstəkləməyə çağırırıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər