"Tvente"nin forvardı:"Bu mənim üçün yenilik olacaq"

"Tvente"nin forvardı:"Bu mənim üçün yenilik olacaq"

“Azərbaycan komandaları ilə tanış deyiləm və heç vaxt onlara qarşı oynamamışam. Bu mənim üçün yenilik olacaq”. Fanat.az xəbər verir ki, bu sözləri Hollandiyanın “Tvente” klubunun hücumçusu Lyuk Kastaynos deyib.

 

Avroliqanın pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Enshede təmsilçisinin futbolçusu mərhələ keçmək istədiklərini bildirib: “Bizim üçün rəqibin kimliyi ciddi önəm daşımır. Əsas məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı. İlk oyunumuz Bakıda olacaq. Səfərdən sərfəli nəticə ilə dönməyə çalışacağıq. Rəqibin hansı gücdə olmasını yox, öz oyunumuzu düşünməliyik ”.

 

Fanat.az

 

 

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər