Hollandiyanın "Tvente" klubunun baş məşqçisi Alfred Şreyder Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, baş məşqçi 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Hesab 1:0 idi. Amma 2:1, 3:1 də ola bilərdi. İkinci hissənin əvvəlində də ciddi heç nə baş vermirdi. 1:1 hesabından sonra hər şey dəyişdi. Biz o qədər də çox vəziyyət yaratmadıq. “Qarabağ” çox gözəl komandadı. Qol onlara qüvvə verdi. Onlar fiziki cəhətdən bizdən yaxşı komandadılar. Biz adət etdiyimizdən fərqli oyun gördük. Avropadakı oyunlar böyük məktəbdi. Çox təəssüf ki, qrup mərhələsinə keçə bilmədik. Komandamız gənclərdən qurulub. Biz hər şeyə sıfırdan başlamışıq. Qarşımızdakı isə təcrübəli komanda idi. Onlar bizə qarşı necə oynamaq lazım olduğunu yaxşı bilirdilər. Qol buraxmamalıydıq və ələ düşən şanslardan maksimum yararlanmalıydıq. Amma bacarmadıq".
Fanat.az