"Türkiyəyə ehtiyatda oturmağa getməmişəm"

"Türkiyəyə ehtiyatda oturmağa getməmişəm"
"Türkiyəyə ehtiyatda oturmağa getməmişəm. Baş məşqçinin əsas heyətdə güvəndiyi futbolçulardan biriyəm. Ona görə də çalışıram ki, bütün oyunlarda özümü göstərim". Fanat.az xəbər verir ki, bu sözləri millimizin və "Karşıyaka"nın oyunçusu Mahir Şükürov deyib.
Bu gün keçirilən millinin açıq məşqindən öncə jurnalistlərə açıqlama verən Mahir Özbəkistanla yoxlama oyunundan danışıb: "Əsas futbolçuların bəziləri düşərgəyə çağırılmayıblar. Buna baxmayaraq, əhvalımız yerindədi. Öz meydanımızda oynadığımızdan, qələbə qazanmağa çalışacağıq. Türkiyədə klubumla toplanışımı yarımçıq qoyub bura gəlmişəm. Nə gücüm varsa, meydanda ortaya qoyacağam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər