"Türkiyədə belə hakimlərin lisenziyasını cırarlar"

"Türkiyədə belə hakimlərin lisenziyasını cırarlar"
Güvənc Kurtar "Neftçi" ilə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Rəvan”ın baş məşqçisi hakimlikdən narazılıq edib:
"Üç gün öncə 120 dəqiqə futbol oynadıq. Buna baxmayaraq, komanda yorğun deyildi. Fikrimcə, bu gün daha yaxşı oynadıq. Həftədə iki oyun oynayanda bəhanə axtarmamalıyıq. Komanda məğlub olsa da, futbolçularımı mübarizə əzminə görə təbrik edirəm. Artıq neçənci dəfədi ki, futbolçumuza qırmızı vərəqə göstərilir. Rəqib futbolçuların eyni hərəkətini isə hakim cəzalandırmır. Rəqibin cərimə meydançasına yaxın yerdə oyunçumuza qarşı qayda pozuntusu olur, hakim qol olar deyə cərimə zərbəsini təyin etmir. Kubok oyununa daha təcrübəli hakimin təyinat alacağına ümid edirəm. İlk qol vurulmamışdan öncə oyunçumuza qarşı qayda pozuntusu var idi. Rəqibin 32 nömrəli futbolçusu bizim oyunçudan öncə qırmızı vərəqə almalı idi. Gələn oyundan meydana 10 nəfərlə çıxacağıq ki, hakimlər əziyyət çəkməsin. Belə hakimlik olmaz. Gün gələcək, mən də buradan gedəcəm. Amma belə hakimliklə futbolunuz inkişaf etməyəcək. Türkiyədə belə biabırçılıq olmur. Orda belə hakimlərin lisenziyasını cırarlar. Ədələtli fit çalmasan, belə olar. Hakim az qala cərimə zərbəsini özü vuracaqdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər