"Türkiyə çempion olsa, ofisiantlıq edəcəm"

"Türkiyə çempion olsa, ofisiantlıq edəcəm"

Xorvatiya millisinin sabiq üzvü İvan Klasniç maraqlı açıqlama ilə gündəmə gəlib. Fanat.az xəbər verir ki, "AVRO-2008"in 1/4 finalında Türkiyə millisinə qol vuran Klasniç Fransada keçirilən turnirdə "Ay-ulduzlular"ın şanslarından söz açıb.

O, Türkiyənin çempion olacağı halda ofisiantlıq edəcəyini bildirib. Vaxtı ilə qardaş ölkədə "Qaziantepspor"un formasını geyinən xorvatiyalı məsələyə belə münasibət bildirib: "Türkiyə ilə ilk oyunda yaxşı nəticə əldə edəcəyimizi düşünürəm. Komandanın motivasiyası üst səviyyədədi. Oyuna yaxşı hazırlaşıblar. Keçmişdə məyus olduğumuz matçın revanşını almaq istəyirik. 2008-ci ildəki qarşılaşma bizim üçün dramatik oyun idi. Həmin gün meydanda kimin ən yaxşı olduğunu anlamaq çətin idi. 119-cü dəqiqədə qol vuranda böyük sevinc yaşadıq. Elə o an "bu iş bitdi" deyə düşünmüşdüm. Amma düşündüyüm kimi olmadı. Hətta ölkədə heykəlimi də hazırlnamışdı, kimsənin düşünmədiyi anda məhv olduq. İtaliyan restoranı işlədən bir dostumla bəhsə girmişik. Mənə Türkiyənin çempion olacağını dedi. Onunla bəhsə girdim ki, Türkiyə çempion olsa, mən də sənə ofisiantlıq edəcəm".

Qeyd edək ki, "AVRO-2016"da Türkiyə ilk oyununu Xorvatiya millisinə qarşı keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər