"Tsxadadzeni baş məşqçi postunda görmək istəməmişik"- RƏSMİ

"Tsxadadzeni baş məşqçi postunda görmək istəməmişik"- RƏSMİ

“Qəbələ” Kaxaber Tsxadadzeylə maraqlanmayıb. Onunla yaxşı münasibətlərimiz var. Amma Tsxadadzeni heç vaxt baş məşqçi postunda görmək istəməmişik”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Qəbələ”nin əsas komandasının meneceri Səbuhi Səfiyarlı deyib.

Səfiyarlı daha sonra əlavə edib:  “Kayrat” dünən qələbə qazandı. Hələ Kaxanın ordan göndəriləcəyi də dəqiq deyil. Bizim adımızdan istifadə etməklə mütəxəssisin qiymətini qaldırmağa çalışanları başa düşürəm. Guya biz istəmişik, gəlməyib. Klubumuzun adından bildirirəm ki, o mütəxəssisin “Qəbələ”yə “yox” deməsi yalan məlumatdı. Belə bir şey olmayıb”.

 

Qeyd edək ki, ölkə mətbuatında Azərbaycanda “Standard” və “İnter”i çalışdırmış gürcünün “Qəbələ”dən aldığı təklifi isti qarşılamadığıyla bağlı xəbərlər yayılmışdı.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər