"Traktorsazi"dən dramatik heç-heçə

"Traktorsazi"dən dramatik heç-heçə
İran çempionatında XXII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Traktorsazi" "Saypa"nın qonağı olub.
Oyun 3:3 hesabı ilə başa çatıb. "Traktorsazi" 3 dəfə hesabda geri düşsə də, sonda bir xal qazana bilib.
Təbrizin digər təmsilçisi "Qostareş Fulad" isə "Rah Ahan"ı qəbul edib və 5:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Traktorsazi" 22 oyundan sonra 36 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və liderdən 8 xal geri qalır. "Qostareş Fulad" isə 26 xalla 9-cu yeri tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər