İran Pro Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Traktorsazi" "Saypa"nı qəbul edib.
Oyun Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Məhəmməd Nosrati imza atıb.
Qəbələyə baxmayaraq, təbrizli azarkeşlər "Traktorsazi"nin baş məşqçisi Məcid Cəlalidən narazı qalıb. Türkiyə mətbuatının məlumatına görə,
40 min azarkeş matçboyu baş məşqçinin əleyhinə şüarlar səsləndirib və "Saypa"nın türk baş məşqçisi Engin Fıratı dəstəkləyiblər. Fanatlar oyun boyu ona "Fırat Paşa" deyə dəstək olublar.
Təbrizin digər təmsilçisi "Qostareş Fulad" isə səfərdə "Rah Ahan"ı məğlub edib - 2:1. Cənubi Azərbaycan klubu hesabda geri düşdüyü matçın ikinci yarısında Mehrdad Bayrami və İman Musəvinin qolları ilə qələbə qazanıb.
Qeyd edək ki, "Traktorsazi" 7 turdan sonra 12 xalla 5, "Qostareş Fulad" isə 9 xalla 8-ci pillədə qərarlaşıb.
Fanat.az