"Traktor" 10 nəfərlə zirvəni ələ keçirdi

"Traktor" 10 nəfərlə zirvəni ələ keçirdi

İran çempionatında 8-ci turdan təxirə salınmış bir görüş keçirilib.

Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” səfərdə “Qol Qahar”la qarşılaşıb. 

Təbriz klubu ilk yarının sonunda azlıqda qalmasına baxmayaraq, fasilədən sonra vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Traktor" liderliyi ələ keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər