"Trabzonspor" yeni baş məşqçisinin adını açıqlayıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandaya Ersun Yanal rəhbərlik edəcək.
55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, Ersun Yanal 2016/17 mövsümündə 1.45, 2017/18 mövsümündə 1.8 milyon avro maaş alacaq.
Qeyd edək ki, bundan öncə komandaya Hami Mandıralı rəhbərlik edib və uğursuz nəticə səbəbindən qovulub. Super Liqanın sonuna 1 tur qalmış "Trabzonspor" 40 xalla 12-ci pillədə qərarlaşıb.
Fanat.az