Qurban Qurbanov "Simurq"la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi çox səhvlərə yol verdiklərini deyib:
"Son zamanların ən çətin oyunu idi. "Simurq" bir çox rəqiblərdən üstün oynayır. Çox səhvlər etdik bu oyunda, çox top itirdik. Yaradıcı futbol göstərə bilmədik. Qol imkanları buraxılan səhvlərə görə oldu. Qarşıda “Neftçi” ilə oyunumuz var, futbolçuları bu oyuna qədər tam hazır etməliyik. Topu rəqibə verdikdə daha çox güc sərf edirik".
Fanat.az