"Tofiq Bəhramov" hazır olacaq

"Tofiq Bəhramov" hazır olacaq
Tofiq Bəhramov adına Respublika stadionu Topaz Premyer Liqasının XIX turunun “Qarabağ” - “Xəzər Lənkəran” matçına tam hazır olacaq. Fanat.az xəbər verir ki, bu barədə mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
O bildirib ki, bu gün saat 17.00-a nəzərdə tutulan qarşılaşmanın vaxtında başlamasına heç bir problem yoxdu. Artıq stadionun yarıyadək təmizləndiyini deyən İsmayılov ot örtüyünün normal vəziyyətdə olduğunu açıqlayıb.
Qeyd edək ki, “Qarabağ” - “Xəzər Lənkəran” matçı qış fasiləsindən sonra Topaz Premyer Liqasında III dövrənin ilk oyunu olacaq. Günün daha bir qarşılaşması sayılan “Sumqayıt” - “Qəbələ” görüşü isə fevralın 2-nə təxirə salınıb. Sabah daha 3 oyun olacaq: “Bakı” - “Rəvan”, “İnter” - AZAL, “Neftçi” - “Simurq”.
  
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər