“Bəli, yanvarın 17-də “Fənərbaxça” ilə qarşılaşacağıq. İstanbul təmsilçisi sınaq matçı keçirməyi özü təklif edib”. Bu sözləri Fanat.az-a açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.
“Ağ-qaralar”ın rəsmisi əlavə edib: “Həmişə güclü rəqiblərlə üz-üzə gəlməyə üstünlük veririk. Oyun gənc futbolçularımız üçün əvəzsiz təcrübə olacaq. Bildiyiniz kimi, “Fənərbaxça”nın azarkeşləri Azərbaycanda da çoxdu. Matç canlı yayımlanacaq”.
Əlbəttə, ardıcıl 3 dəfə Premyer Liqanın qalibi adını qazanan bakılıların bu səviyyədə rəqiblə qarşılaşması ölkə futbolu adına müsbət haldı. “Sarı bülbüllər”in flaqmanla oynamaq təklifində bulunmasını isə təmsilçimizin ötən mövsüm Avroliqanın qrupunda olmasıyla əlaqələndirə bilərik. Xatırladaq ki, “Neftçi” 2 il öncə digər İstanbul nəhəngiylə - “Beşiktaş”la sınaq matçına çıxmış və tərəflər meydandan qollu “sülh”lə ayrılmışdı – 1:1.
Fanat.az