Böyükağa Hacıyev "Qəbələ" ilə oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Syominə artıq "can borcu"nun olduğunu deyib:
"Məğlub olduq. Qarşıda ölkə kubokunun final oyunu var. Əsas heyətin yarısının olmamasını bəhanə etməyəcəm. Çox istəyən azdan da olar. Əsas odu ki, kubokun finalında qalib gələk. Yuri Syominə can borcum var, mayın 22-də qaytarar. Gəncləri meydana buraxdım, bundan sonra oyunun ritmi pozuldu. Amma günahkar gənclər yox, mənəm. Mövsümün sonunda futbolçularda motivasiya çatışmır".
Fanat.az