"Sürpriz bir dəfə olur"- Rəşad Sadiqov

"Sürpriz bir dəfə olur"- Rəşad Sadiqov

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Lill"ə 1:0 hesabı ilə qalib gələn "Qəbələ"nin kapitanı Rəşad Sadiqov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Fanat.az həmin müsahibəni təqdim edir:

"Özümü qəhrəman saymıram. Bu gün komanda olaraq hər birimiz qəhrəmanıq. Qarşılaşama haqqında çox şey danışmağa dəyməz. "Lill”in adı bizi oyuna daha yaxşı motivasiya olmağa, hazırlaşmağa vadar edirdi. Səfərdən sərfəli nəticə ilə dönmüşdük. Doğma meydanda da yaxşı, düzgün oynadıq.

 

- Bu nəticəni sensasiya kimi dəyərləndirmək olarmı?

- Sürpriz deməzdim. Sürpriz bir dəfə olur. Biz Fransada da yenilmədik. Burda isə qələbə qazandıq. Komandamız yaxşı forma yığıb. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Bunu bacarıb "Qəbələ”ni sevənləri və sevməyənləri sevindirəcəyik.

 

- Hansı oyun daha çətin keçdi?

- Səfərdəki oyunun ikinci hissəsi daha ağır keçdi. Onu da yorğunluqla əlaqələndirərdim. Çünki 14 saat yol getmişdik. Bu da ikinci hissədə təsirini göstərdi.

 

- Bu dəfə də sanki 80-ci dəqiqədən sonra dayanmışdınız...

- Hesabda öndə idik. Rəqib də üzərimizə gəlirdi. Onlar artıq 4-5 hücumçu ilə oynayırdılar. Bizi müdafiəyə çəkilməyə məcbur edirdilər. Bununla belə, əks-hücumda rəqibi yaxalaya, yenə qol vura bilərdik. Hava da isti idi.

 

- Play-offda qarşılaşmaq istədiyiniz xüsusi rəqib varmı?

- Üçüncü mərhələnin püşkü atılan zaman evdən çıxarkən rəqiblərə baxdım və 5 komanda arasında "Lill”in düşməməsini istədim. Nəticədə elə "Lill”lə qarşılaşdıq. Digər rəqiblər isə "dişimizə” görə idi. Artıq kiminlə düşməyimizin fərqi yoxdu. "Lill” kimi komandanı üstələməyi bacarmışıqsa, bu dəfə də qələbə qazanarıq.

 

- Transferlərə ehtiyac varmı?

- Yerli fuutbolçu tapmaq çətindi. Yaxşı oyunçuların klubları ilə müqaviləsi var. Komandada yaxşı gənclər var. Əksəriyyəti Premyer Liqa klublarında əsas heyətdə oynayıblar. Onların bizə köməyi dəyəcəyinə inanıram.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər