"Spartak"ın yeni baş məşqçisi rəsmən açıqlandı

"Spartak"ın yeni baş məşqçisi rəsmən açıqlandı

Moskva "Spartak"ı yeni baş məqşçisiylə müqaviləni rəsmiləşdirib.

Fanat.Az xəbər verir ki, mərasim klubun bazasında keçirilib. "Spartak-Moskva" Futbol Klubunun Direktorlar Şurasının sədri Aleksandr Jirkovun və icraçı direktor Sergey Rodionovun iştirakıyla italyan Massimo Karrera "Spartak"ın yeni baş məşqçisi kimi ictimaiyyətə təqdim olunub. 

Direktorlar Şurasının sədri bildirib ki, italiyalı mütəxəssislə müqavilənin müddəti iki illik olacaq. Avqustun 31-də bağlanacaq "transfer pəncərəsi"nin sonuna qədər komandanın gücləndirilməsi üçün baş məşqçiyə yeni transferlər etməyə icazə verilib.

Xatırladaq ki, Moskva təmsilçisi hazırda Rusiya Premyer Liqasında 3 turdan sonra 7 xalla lider "Krasnodar"dan sonra yer alır.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər