"Son nöqtəni qoymaqla bağlı sıxıntılarımız var" -Elmar Baxşıyev

"Son nöqtəni qoymaqla bağlı sıxıntılarımız var" -Elmar Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 24-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə dəyərləndirib:

“Gərgin oyun oldu. Birinci hissədə oyunumuz alınmadı. “Səbail” təzyiq göstərirdi. İkinci hissədə dəyişikliklərlə təşəbbüsü ələ ala bildik. Zədəli futbolçularımız var. Onlar komandaya qoşulandan sonra hücumda daha rəngarəng olacağıq. Miço Kuzmanoviç də zədəli olduğu üçün hücumda çox da rotasiya edə bilmirik. Amma futbolda belə hallara rast gəlmək olur. Daha çox çalışıb nöqsanları aradan qaldırmaq lazımdır. Bəxtiyar Həsənalızadə də zədəlidir. Bu gün oyun quruculuğunda problem yox idi. Sadəcə, son nöqtəni qoymaqla bağlı sıxıntılarımız var”.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər