"Son günlərdə nəticə ilə barışmağa və o oyunu unutmağa çalışmışıq" - Filip Foden

"Son günlərdə nəticə ilə barışmağa və o oyunu unutmağa çalışmışıq" - Filip Foden

"Mançester Siti"nin hücümçusu Filip Fiden Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Feyenoord"a qarşı keçirdikləri matçda (3:3) 3 top fərqi ilə önə çıxmalarına rəğmən, qələbəni əldən vermələrindən danışıb.

Fanat.Az xəbər verir ki, "şəhərlilər"in rəsmi saytı onun dediklərini belə çatdırıb:

"Görünən budur ki, işimizin öhdəsindən gələ bilmədik. Oyuna tam nəzarət etsək də, nəticə belə oldu. Son günlərdə nəticə ilə barışmağa və o oyunu unutmağa çalışmışıq. Buraxdığımız qollarla bağlı bir qədər bəxtimiz gətirmədi".

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində 5 oyuna 8 xal toplayan MS hazırda turnir cədvəlində 17-ci yerdədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər