Yunanıstanın Rodos adasında şahmat klublarının Avropa kuboku uğrunda mübarizəsi davam edir. Fanat.az xəbər verir ki, yarışın favoritlərindən sayılan “SOCAR-Azerbaijan” növbəti qələbəsini İtaliya klubu "Padova" üzərində qazanıb - 4.5:1.5.
"Odlar Yurdu" isə üstünlüyünü son anda əldən verib. Fransanın "Klişi" klubunu sınağa çəkən debütant heç-heçə edib - 3:3.
SOCAR-Azerbaijan - Padova (İtaliya) 4.5:1.5
Fabiano Karuana - Xikaru Nakamura 0,5:0,5
Teymur Rəcəbov - Pentala Xarikrinşa 0,5:0,5
Veselin Topalov - Kirill Georgiyev 1:0
Qata Kamski - Mikele Qodena 1:0
Şəhriyar Məmmədyarov - Daniele Vokaturo 1:0
Van Xao - Daniel Dvirnı 0,5:0,5
Klişi (Fransa) - Odlar Yurdu 3:3
Maksim Vaşye-Laqrav - Emil Sutovski 1:0
Riçard Rapport - Qədir Hüseynov 1:0
Pavel Trequbov - Vasif Durarbəyli 0,5:0,5
Maksim Laqarde - Nicat Mamedov 0:1
Jan-Baptist Mullon - Nicat Abbasov 0,5:0,5
Yannik Kambrat - Rauf Məmmədov 0:1
Fanat.az