"Snergy Baku" yarısından güclü çıxdı

"Snergy Baku" yarısından güclü çıxdı

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Beynəlxalq Velosipedçilər Ittifaqının (UCI) 2.1 kateqoriyalı “Tayvan turu”nda çıxışını yekunlaşdırıb. Fanat.az xəbər verir ki, 5 günlük yürüşün bu gün keçirilən sonuncu mərhələsində iştirakçılar 168 km məsafə qət edib.

Komanda üzvlərimizdən 4 nəfər - Kristof Şvayzer, Yan Sokol, Markus Eybeger və Aqşin İsmayılov finiş xəttini eyni vaxtda (3 saat, 55 dəqiqə, 27 saniyə) keçən pelotonun tərkibində olublar. Fotofinişə əsasən Şvayzer 6-cı, Sokol 12-ci, Eybeger 22-ci, İsmayılov isə 33-cü nəticə göstərib. Samir Cəbrayılov komanda yoldaşlarından 13 saniyə geri qalıb. Bu nəticə ilə “Synergy Baku” 5-ci mərhələdə 20 komanda arasında 2-ci olub.

5 mərhələnin yekununa əsasən, təmsilçilərimiz arasında ən yüksək göstəriciyə Makrus Eybeger imza atıb. O, yürüş qalibinə cəmi 11 saniyə uduzmaqla 6-cı yeri tutub. Komanda hesabında isə “Synergy Baku” yürüşün 20 iştirakçısı arasında 10-cu yeri tutub.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər