"Slovakiya ilə matçda qrupdan çıxmağı haqq etdiyimizi göstərəcəyik" - Radu Drequşen

"Slovakiya ilə matçda qrupdan çıxmağı haqq etdiyimizi göstərəcəyik" - Radu Drequşen

Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda Belçikaya məğlub olan (0:2) Rumıniya millisinin müdafiəçisi Radu Drequşen dünən keçirilən oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:

Çətin oyun oldu. Top futbolçuları olan böyük komandaya qarşı oynadıq. Bizim də qol imkanlarımız oldu. İkinci hissədə pis təsir bağışlamadıq. Amma nəsə çatmadı. Onlar öz imkanlarından daha yaxşı istifadə etdilər.

Fikrimcə, bizim müdafiə xəttimiz daha qərarlı olmalıydı. Amma Slovakiya ilə görüşdə qrupdan çıxmağı haqq etdiyimizi göstərəcəyik. Öz şanslarımıza çox inanıram. Hədəfimuzə köklənəcəyik. Biz hələ istədiyimizə nail ola bilərik".

Qeyd edək ki, Rumıniya 1-ci turda Ukraynanı 3:0 hesabı ilə məğlub edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər