"Sizi əmin edirəm, "Real"dan ayrılandan sonra..." -Karvaxal planını açıqladı

"Sizi əmin edirəm, "Real"dan ayrılandan sonra..." -Karvaxal planını açıqladı

"Real Madrid"in sağ cinah müdafiəçisi Daniel Karvaxal gələcək planları barədə danışıb.

Fanat.Az xəbər verir ki, SER onun dediklərini belə çatdırıb: 

"Real"dan ayrılmaq növbəsi mənə çatanda hansı yaşda, hansı durumda olduğuma baxacam. Amma sizi əmin edirəm,  "Real"dan sonra heç bir Avropa klubuna keçməyəcəm".

Qeyd edək ki, son mövsümdə bütün turnirlərdə 43 matça çıxan Karvaxal 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər