"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

Transfer pəncərəsinin son iki həftəsində İngiltərədə böyük sövdələşmə baş tuta bilər.

Fanat.Az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "Mançester Siti" "Çelsi"nin argentinalı ulduz yarımmüdafiəçisi Entso Fernandesin nümayəndələri ilə danışıqları davam etdirir.

"Şəhərlilər" fərqli bir təzminat məbləği üzərində "Çelsi" ilə ortaq məxrəcə gələ biləcəklərinə inanırlar.

Mançester təmsilçisinin yaxın günlərdə rəsmi təkliflə London klubunun qapısını döyəcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər