"Simurq" belçikalı futbolçu transfer edə bilər. Fanat.az xəbər verir ki, Zaqatala klubu Kenni Van Hovelenə təklif göndərib.
Bu barədə 31 yaşlı mərkəz müdafiəçisi özü məlumat verib. Belçikanın "Mexelen" klubu ilə müqaviləsi olan Van Hovelen hələ qərarını verməyib.
Qeyd edək ki, o, son mövsümdə icarə əsasında Hollandiyanın "Vaalveyk" klubunda çıxış edib - 31 oyun, 1 qol. Kenni bundan əvvəl Belçikanın "Vesterlo" (2001-2003, 6 oyun) və "Mexelen" (2007/2014, 196 oyun, 4 qol) klublarında top qovub.
Fanat.az