​"Simurq" "Xəzər Lənkəran"la oyuna çıxacaq

​"Simurq" "Xəzər Lənkəran"la oyuna çıxacaq
"Simurq"un Azərbaycan Premyer Liqasının XXXVI turunda "Xəzər Lənkəran"la keçirəcəyi səfər matçı baş tutacaq. Bu barədə "Report"a klubun icraçı direktoru Vaqif Əliyev məlumat verib.
Onun sözlərinə görə, komanda üzvləri bu gün saat 12.00-da Lənkərana yola düşüb. Əliyev futbolçuların şəxsi vəsaiti hesabına deyil, rəhbərliyin dəstəyi ilə səfərə çıxacaqlarını bildirib. O, komandanın əsas və əvəzedici heyət üzvlərindən ibarət olacağını açıqlayıb. "Simurq" rəsmisi əvəzedicilərdən ibarət komandanın dünənki qarşılaşmaya yollanmamasını isə maliyyə problemi ilə yanaşı, oyunun klub üçün turnir baxımından heç bir əhəmiyyət kəsb etməməsi ilə əlaqələndirib: "Bizim "İnter"lə oyunlarımızda üstünlük rəqibin tərəfində idi. Eləcə də ikinci yeri təmin etmişdik. Yəni "Xəzər Lənkəran"la qarşılaşmanın nəticəsi mövqeyimizə heç bir təsir etməyəcəkdi. Amma oyuna getməməyimiz sırf bu səbəbdən deyildi, maliyyə problemləri ilə bağlı idi".
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Simurq" qarşılaşması saat 21.00-da başlayacaq. Matçın ardından "Simurq" Lənkəranı tərk edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər