"Simurq"un futbolçularına verilmiş istirahət başa çatıb. Fanat.az xəbər verir ki, AZAL-la görüşdən sonra yetirmələrini qısa müddətli məzuniyyətə buraxan Georgi Çixradze bu gün komandanı yenidən bir araya gətirib.
Qeyd edək ki, "Simurq" Premyer Liqada yaranan fasilədən yararlanaraq yoxlama oyunu keçirəcək. "Sumqayıt"la qarşılaşma oktyabrın 12-də baş tutacaq və saat 16.00-da başlayacaq. Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.