"Simurq" Kartepede hazırlıqları davam etdirir

"Simurq" Kartepede hazırlıqları davam etdirir
Yeni mövsümə hazırlıqları Türkiyədə davam etdirən "Simurq" gündə iki dəfə olmaqla məşqlərə çıxır. Kartəpədə yerləşən "Green Park" otelində məskunlaşan komandanın səhər hazırlığı əsasən topsuz keçir. Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasına çalışan Georgi Çixradzenin yetirmələri axşam məşqlərini topla davam etdirir. Tam heyətlə qardaş ölkədəki təlim-məşq toplanışına start verən Zaqatala təmsilçisinin düşərgəsinə sabahdan etirbarən baxış üçün dəvət edilmiş legioner futbolçular qoşulacaq. İyunun 30-na qədər bu cür davam edəcək sarı-qaralar, daha sonra yoldaşlıq görüşlərində gücünü sınaqdan keçirəcək. Komandanın ilk rəqibi isə "Spartak - Nalçik" olacaq. 
Qeyd edək ki, "Simurq" iyulun 8-də ölkəyə qayıdacaq. Bir neçə günlük istirahətdən sonra isə Zaqatala təmsilçisi hazırlığın üçüncü mərhələsi üçün iyulun 13-də Avstriyaya yola düşəcək. 27-nə qədər burada qalmağı planlaşdıran Georgi Çixradzenin yetirmələri daha dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər