"Simurq" istəmədi, Super Liqa klubuna keçdi

"Simurq" istəmədi, Super Liqa klubuna keçdi
"Simurq"dan ayrılan Tomislav Buşiçin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, xorvat forvard karyerasını Albaniya Super Liqasında davam etdirəcək. Belə ki, 27 yaşlı oyunçu "Vllazniya" (Şkoder) klubuna keçib.
Qeyd edək ki, Buşiç bu ilin yanvarında "Simurq"a Xorvatiyanın "Slaven" (Belupo) klubundan keçmişdi. 9 oyunda meydana çıxıb 261 dəqiqə oynayan və 1 qol vuran forvard yayda komandanı tərk etmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər