"Simurq" baş məşqçisiz qaldı

"Simurq" baş məşqçisiz qaldı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının XXVII, I divizionun isə XXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
Əvəzedici heyətlərin XXVII turunun “Xəzər Lənkəran” - “Simurq” matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur
Oyunun 35-ci dəqiqəsində “Simurq”un baş məşqçisi Rövşən Babayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur.
I divizionun XXII turunun “Karvan” - “Şahdağ” matçının 80-ci dəqiqəsində “Şahdağ”ın məşqçisi Vahid Həşimov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
I divizionun XXII  turunun “Mil-Muğan” - “Neftçala” matçının 74-cü dəqiqəsində “Neftçala”nın futbolçusu Aqşin Həşimov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 74-cü dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Rəmzi Məmmədov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər