İngiltərə mətbuatı uğursuz mövsüm keçirən "Mançester Yunayted" üçün yeni baş məşqçi axtarışına başlayıb. Fanat.az xəbər verir ki, həmkarlarımız azarkeşlərin israrla istefasını tələb etdiyi və bu məqsədlə müxtəlif aksiyalar keçirdiyi David Moyesin mövsümün sonunda yola salınacağını iddia edib.
İgiltərə mediasına inansaq, artıq Mançester təmsilçisinin rəhbərliyi əsas namizədini müəyyənləşdirib. İddialara inansaq, rəhbərlik Moyesin yerini "Real"ın baş məşqçisi Karlo Ançelottiyə vermək istəyir. "Mançester Yunayted" rəhbərliyi tezliklə onunla danışıqlara başlamağa hazırlaşır. Premyer Liqa klubunun italyan mütəxəssisi hədəfə almasının iki səbəbi var. Belə ki, Ançelotti həm Premyer Liqa təcrübəsinə malikdi, həm də Çempionlar Liqasını qazanmayacağı halda "Real"dan qovulacaq.
"Mançester Yunayted"in daha iki ehtiyat variantı var. Belə ki, Ançelottidən yox cavabı alınacağı halda klub rəhbərliyi Dieqo Simeone və Joze Mourinyonun qapısını döyəcək.
Fanat.az