"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, komanda Xorxe Sampaoliyə tapşırılıb. Argentinalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
56 yaşlı baş məşqçi karyerasında ilk dəfə Avropa klubunda çalışacaq. O, "Sevilya"ya ardıcıl 3 mövsüm Avropa Liqasını qazandıran Unay Emerini əvəzləyib. Unay Emeri PSJ-nin sükanı arxasına keçəcək.
Qeyd edək ki, Xorxe Sampaoli son olaraq Çili yığmasında çalışıb. O, komandaya 2015-ci ildə Amerika Kubokunu qazandırdıqdan sonra istefa verib.
Fanat.az