"Sevilya"nın baş məşqçisi qovuldu

"Sevilya"nın baş məşqçisi qovuldu

"Sevilya" baş məşqçisi Qarsia Pimientanı istefaya göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın XXXI turunda "Valensiya"ya 0:1 hesabı ilə uduzduqdan sonra bu, ardıcıl 4-cü məğlubiyyət sayılıb və baş məşqçi ilə yolların ayrılması qərara alınıb. 50 yaşlı mütəxəssis ötən yaydan komandanı çalışdırırdı. O, Əndəlus klubunun "sükanı arxasında" 34 oyun keçirib və bunların 11-də qələbə qazanıb,

Qeyd edək ki, "Sevilya" 31 turdan sonra 36 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. X.Pimienta “Sevilya”ya qədər İspaniyada “Las Palmas”ı və “Barselona”nın əvəzedicilərini çalışdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər