"Sevilya" və "Vilyarreal" qələbə qazandı - VİDEO

"Sevilya" və "Vilyarreal" qələbə qazandı - VİDEO
Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirilib. Fanat.az xəbər verir ki, ötən gecə İspaniyada iki matç baş tutub.
Bunlardan birində "Atletik" La Liqadakı rəqibi "Sevilya"nı qəbul edib. Hesabı 48-ci dəqiqədə meydan sahiblərindən Aritz Aduriz açıb. 56-cı dəqiqədə Timote Kolodzieyçak bərabərliyi təmin edib. 83-cü dəqiqədə isə İborra "Sevilya"nın qələbə qolunu vurub - 2:1.
Digər matçda "Vilyarreal" "Sparta"nı qəbul edib. Oyun ispanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərindən Kedrik Bakambu 3-63-cü dəqiqələrdə dubl edib. Qonaqların qoluna isə ilk yarının əlavə vaxtında Yakub Brabek imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər