"Sevilya" ardıcıl 3-cü dəf finalda - VİDEO

"Sevilya" ardıcıl 3-cü dəf finalda - VİDEO
Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, "Sevilya" "Şaxtyor"u mübarizədən kənarlaşdıraraq finala çıxıb.
İlk oyundan 2:2 hesablı bərabərliklə dönən ispanlar evdə qələbə qazanıb - 3:1. "Sevilya"dan Kevin Qameyro 9-47-ci dəqiqələrdə dubl edib, 59-cu dəqiqədə Mariano fərqlənib. "Şaxtyor"un təsəlli qoluna isə 44-cü dəqiqədə Eduardo imza atıb.
Bununla da "Sevilya" ardıcıl 3-cü dəfə finala çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər