"Qarabağ" bu oyuna əla əhval-ruhiyyə ilə gəlib. Çünki milli çempionatda liderdi, uğurlu çıxışını davam etdirir". Fanat.az xəbər verir ki, bu sözləri Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye deyib.
"Qarabağ" sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sent-Etyen"in qonağı olacaq. Bu gün mətbuat konfransı keçirən rəqibin çalışdırıcısı məğlubiyyət haqqında düşünmədiklərini bildirib: "Həm biz, həm də onlar məğlubiyyət haqda düşünmürük. Çünki hər iki komanda qrupdan çıxmağa çalışır və ikisi də qələbəyə oynayacaq. Bizim bu oyunda müəyyən üstünlüyümüz var. O da doğma meydanda oynamağımızdı".
Fransız mütəxəssis mütləq qələbə qazanmalı olduqlarını bildirib: “Qarabağ” üzərində qələbə bizə çox lazımdı. Ardıcıl beşinci heç-heçə haqda düşünmürük. Komandamızın qarşısında müəyyən tapşırıqlar var və onları yerinə yetirməliyik”.
Fanat.az