"Səni o ayaqqabılarla döyərəm" - Messiyə qarşı etiraz

"Səni o ayaqqabılarla döyərəm" - Messiyə qarşı etiraz

"Barselona"nın ulduz futbolçusu Leonel Messi Misirdə qonaq olduğu televiziya verilişində butslarını xeyriyyə qurumuna bağışlayıb. Fanat.az xəbər verr ki, futbolçunun idman ayaqqabıları auksiona çıxarılacaq və ordan əldə edilən gəlir xeyriyyə məqsədi ilə istifadə olunacaq.

Ancaq Messinin bu davranışı heç də birmənalı qarşılanmayıb. Çünki ayaqqabı Misirdə və digər ərəb ölkələrində hörmətsizlik simvolu kmi bilinir. Elə bu səbəbdən də ulduz futbolçuya qarşı ərəblər sosial şəbəkə vasitəsi ilə etirazlarını bildiriblər: "Milyonlarla pul qazanır. Buna baxmayaraq, ancaq ayaqqabısını verə bildi və verilişin axmaq aparıcısı da bundan məmun oldu. Bu, Misir üçün böyük təhqirdi".

Misirdən olan millət vəkili Said Hasasin də "El Asime" telekanalına çıxaraq, futbolçuya kəskin etirazını bildirib. "Mən də öz ayaqqabılarımı Messiyə bağışlayacam. Səni o ayaqqabılarla döyərəm, Messi" deyə, millət vəkili fikirlərini səsləndirib. 

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər