"Şəmkir"lilər klubun mərhum prezidentinin məzarını ziyarət etdilər

"Şəmkir"lilər klubun mərhum prezidentinin məzarını ziyarət etdilər

Bu gün "Şəmkir" futbol klubunun rəhbərliyi və futbolçuları klubun əbədiyaşar və ölməz prezidenti, "Şəmkir"i dəfələrlə çempionluğa daşıyan Şahbaz Süleymanovun məzarını ziyarət ediblər. 

Fanat.Az qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun prezidenti Vüsal Məmmədov və idarə heyətinin sədri Elçin Qurbanlı Şahbaz Süleymanovun Şəmkir futboluna və futbolçularına olan qayğısından və klubun irəliləyişi üçün verdiyi töhfələrdən söhbət açaraq, əvəzsiz xidmətlərini xatırlayıblar.   Ziyarət zamanı mərhumun ruhuna dualar oxunub, onun Şəmkir futbolu üçün göstərdiyi fədakarlığa olan hörmət bir daha nümayiş etdirilib.

Bu gün Şahbaz Süleymanovun adı Şəmkir  futbolunun ən böyük irslərindən biri kimi yaddaşlarda yaşayır və göstərdiyi yol futbolsevər üçün nümunə olaraq qalır. Onun əziz xatirəsi və rəhbərliyi altında qazanılmış uğurlar həmişə yaddaşlarda qalacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər